“İsrail müdafiə qüvvələri Qəzza zolağının şimalında öz məqsədinə çatmağa yaxındır, lakin quru qoşunları anklavın digər hissələrində HƏMAS qruplaşmasına qarşı əməliyyatları davam etdirir”.
Ednews xəbər verir ki, bunu İsrail müdafiə ordusunun briqada generalı Hişam İbrahim deyib.
O qeyd edib ki, şimal hissəsində hədəflərə demək olar ki, nail olunub:
“Biz Qəzza zolağının digər hissələrində quru əməliyyatının miqyasını genişləndirməyə başlayırıq”
Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib.
Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.