Türkiyə Parlamentinin Rəqəmsal Media Komissiyası məşhur sosial medialarda yaradılan hesabları tənzimləmək və izləmək üçün qanun layihəsi hazırlayır.
Ednews xəbər verir ki, bu barədə informasiya "Hurriyet Daily News" nəşrində yer alıb.
Komissiyanın rəhbəri Yaymanın sözlərinə görə, əsas iş sosial şəbəkələrdə, xüsusən də TikTok-da nüfuzlu şəxslərin hesablarının qeydiyyatının araşdırılmasına yönəldiləcək.
Komissiya Türkiyədəki bəzi platformaların bağlanmasına səbəb olacaq sanksiyaları da nəzərdən keçirir.
Qeyd olunur ki, dekabrın 7-də TikTok nümayəndələri şirkətə qarşı ittihamlara cavab vermək üçün Türkiyə parlamenti qarşısına çıxacaqlar.