Günəşin səthində nəhəng qaranlıq dəlik açılıb və birbaşa Yerə doğru radioaktiv dalğalar yayır.
Ednews Spaceweather.com – a istinadən xəbər verir ki, çuxurun ölçüsü 60 Yerə bərabərdir.
Tac dəliyi kimi tanınan nəhəng qaranlıq bölgə dekabrın 2-də ulduzun ekvatoru yaxınlığında əmələ gəlib və 24 saat ərzində təxminən 800 min kilometr genişliyə çatdı. Bu müvəqqəti dəliklər Günəşdəki maqnetizm qəfil dəyişdikdə, ulduzun yuxarı səthindəki radioaktiv plazmanın kosmosa atılmasına səbəb olduqda əmələ gəlir . Bu, radioaktiv plazma hissəciklərinin kosmosda hərəkət edərək Yerə çatmasına səbəb olur. Bu hissəciklərə günəş fırtınası deyilir .
Alimlər Günəşin maksimum fazası 2025-ci ildə pik həddə çatdıqda Günəşdəki ləkələrin sayının 115-ə qədər arta biləcəyini bildiriblər.
Məlumatlara görə, Günəş təkcə iyun ayında 60-dan çox ləkə yaradıb. Bu, son 20 ildə olan ən yüksək rəqəmdir.
Buna əsaslanaraq astronomlar Günəşin bu dövrəsinin gözlənildiyindən daha aktiv olacağına inanırlar.
Xəyal Ramiz