"Əl-Cəzirə" telekanalının müxbiri Moamen Al-Şarafinin ailəsi İsrail - Fələstin müharibəsinin qurbanı olub.
Ednews ərəb mediasına istinadən xəbər verir ki, dünən axşam saatlarında İsrail silahlı qüvvələri Qəzzanın müxtəlif yaşayış məntəqələrinə zərbələr endirib, nəticədə telekanalın Qəzzada olan müxbiri Moamen Al-Şarafin ailəsindən 22 nəfər öldürülüb.
"Əl-Cəzirə" media şəbəkəsi verdiyi bəyanatda Moamen Al-Şarafiyə baş sağlığı verib.
Qeyd edək ki, oktyabr ayının 25-i İsrail silahlı qüvvələri Qəzzanın müxtəlif yaşayış məntəqələrinə bir neçə zərbələr endirib, nəticədə telekanalının Qəzzada olan ofisinin rəhbəri Vael Əl-Dahduhun ailəsi öldürülüb.
Loğman Yunis