“İsrail ailəmizi dəfn etməkdən məhrum edir bizi".
Ednews xəbər verir ki, bu sözləri Qəzzada ailəsini itirən "Əl-Cəzirə" media şəbəkəsinin müxbiri Moamen Əl-Şərəfi müsahibə zamanı deyib.
“Mən ailəmdən, anamı, atamı, qardaşlarımı, bibimi, dayımı və onların uşaqlarını itirdim.”
Qeyd edək ki, dünən İsrail silahlı qüvvələri Qəzzanın müxtəlif yaşayış məntəqələrinə bir neçə zərbələr endirib, nəticədə telekanalın Qəzzada olan müxbiri Moamen Al-Şarafinin ailəsindən 22 nəfər qətlə yetirilib.
Loğman Yunis