Böyük Britaniya Yaxın Şərqə 1000 hərbçidən ibarət əsgər heyəti göndərəcək.
Ednews "The Guardian"a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps bildirib.
"Hazırda İsrail-Fələstin münaqişəsi artıq ciddi hal alıb. Məqsədimiz göndərəcəyimiz qüvvələrlə ərazidəki sivillərə yardım etməkdir. Qüvvələrimiz humanitar yardım səylərini dəstəkləmək və bölgənin sabitləşməsinə kömək etmək üçün oradadır." - deyə o, çıxışında bildirib.
Xatırladaq ki, bundan öncə də Britaniya höküməti 1000 əsgərlik heyət göndərmişdi.
Əkbər