Kosovo Baş nazirinin Avropaya inteqrasiya, inkişaf və dialoq üzrə birinci müavini Besnik Bislimi İspaniyanın Kosovo Respublikasının pasportunu tanıdığını açıqlayıb.
Ednews trthaber-ə istinadən xəbər verir ki, Kosovo Baş nazirinin Avropaya inteqrasiya, inkişaf və dialoq üzrə birinci müavini Besnik Bislimi, bunu öz hesabında paylaşıb.
İspaniya öz vətəndaşlarının vizasız səyahət edə biləcəyi Şengen Bölgəsindəki ölkələrinə qoşulduğunu ifadə edərək, “Avropa İttifaqı (Aİ) Komissiyası Miqrasiya və Daxili İşlər Baş İdarəsi (DG Home) İspaniyanın indi Kosovo Respublikasının pasportlarını tanıdığını açıqladı. Beləliklə, biz indi bu ölkəyə vizasız gedə bilərik”. dedi.
Xəyal Ramiz