Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 9-cu nəvəsi dünyaya gəlib.
Ednews Türkiyə mediasına istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyyə Bayraktar ikinci övladını dünyaya gətirib.
Prezident Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan Sümeyye-Səlçuq Bayraktar cütlüyünü xəstəxanada ziyarət edib.
Körpəyə Asım Özdemir adı qoyulub.