Azərbaycan və Ermənistan yaxın gələcəkdə sülh sazişi imzalayacaq.
Ednews xəbər verir ki, bu fikirləri Gürcüstanın baş naziri İrakli Qaribaşvili səsləndirib.
"Mən Azərbaycan və Ermənistan liderlərinin mövqeyini bilirəm. Onlar bir-biri ilə ikitərəfli səviyyədə əlaqələr qurmaq istəyirlər. Şəxsən mən hesab edirəm ki, bu, düzgün yoldur, çünki çox vasitəçi və maraqlı tərəflə proses bəzən daha mübahisəli və əks-məhsuldar olur. Gürcüstanın qonşu dövlətlərlə çox sıx və tərəfdaşlıq münasibətləri var, onlar bizim qardaş və dostumuzdur. Ona görə də onlara uğurlar arzulayıram", deyə o, qeyd edib.