İsrail Hizbullahı hədələyib.
Ednews ərəb mediasına istinadən xəbər verir ki, İsrailin xarici işlər naziri Eli Kuhin mediaya verdiyi açıqlamasında bidirib ki, “Əgər Hizbullahın rəhbəri Həssən Nəsrullah İsrailin sui-qəsd siyahısında növbəti olmaq istəmirsə Livanda döyüş əməliyyatlarının dayandırılmasını tələb edən 1701 saylı qətnaməni yerinə yetirməlidir”.
Qeyd edək ki, İsrail-Qəzza müharibəsi başlayandan bəri Hizbullah və İsrail arasında sərhəddə zərbələr endirilməyə davam edir.
Loğman Yunis