Hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" Partiyasının hazırkı sədri İrakli Kobaxidze baş nazir postuna, Gürcüstanın hazırkı baş naziri İrakli Qaribaşvili isə partiya sədri postuna namizəd göstəriləcək.
Ednews xəbər verir ki, bu barədə informasiyanı İmedi telekanalı yayıb.
Mənbə yazır ki, yanvarın 24-də “Gürcü Arzusu” partiyasının siyasi şurasının iclası keçirilib.
İclasda partiyanın qurultayının fevralın 1-də keçirilməsi qərara alınıb və həmin qurultayda dəyişikliklərin açıqlanması nəzərdə tutulub.
Bundan əlavə, telekanalın məlumatına görə, Kobaxidze “Gürcü Arzusu” partiyasının siyasi katibi postunu da tutacaq.