Kolumbiya prezidenti Qustavo Petro İsrailin baş naziri Binyamin Netanyahuya Qəzzada olan girovların azad edilməsi üçün vasitəçilik təklif edib.
Bu barədə Ednews ərəb mediasına istinadən xəbər verir.
Qeyd edək ki, Kolumbiya tarixində ilk solçu prezident olan Qustavo Petro Fələstin məsələsini açıq şəkildə dəstəkləyir və İsraili hazırda Qəzza zolağında “soyqırım” törətməkdə ittiham edir.
Xatırladaq ki,keçən ilin noyabr ayın 22-i Qətərin vəsitəçiliyi ilə HƏMAS və İsrail arasında ilk atəşkəs və girov dəyişdirilməsi ilə bağlı razılaşma əldə edilib və hzırda Qətər və ABŞ arasında növbəti atəşkəs və girovlar dayişdirilməsi ilə bağlı razılaşma əldə etmək üçün danışıqlar başlayıb.
Loğman Yunis