Dünya Bankı Ukraynanın təxminən iki illik müharibədən sonra bərpası və yenidən qurulması üçün 486 milyard dollara ehtiyacı olduğunu bildirdi.
Ednews euronews-a istinadən xəbər verir ki, Dünya Bankı, Birləşmiş Millətlər Təşkilatı, Avropa Komissiyası və Kiyev hökumətinin apardığı yeni araşdırmaya görə, iki ildir Rusiyanın işğalı altında olan Ukrayna iqtisadiyyatının yenidən qurulması və bərpasının 486 milyard dollara başa gələcəyi gözlənilir.
Dünya Bankının bu gün (15 fevral) açıqladığı proqnoz 24 fevral 2022-ci ildə başlayan Rusiyanın işğalından 2023-cü il dekabrın 31-dək olan dövrü əhatə edir.
Tədqiqat binalara və digər infrastrukturlara birbaşa fiziki zərərin ölçülməsini, vətəndaşların həyatına və yaşayış vasitələrinə təsirini və “daha yaxşı yenidən tikinti” xərclərini əhatə edir.
Xəyal Ramiz