Yunan mətbuatı Ukraynanın Bayraktar əmrinə Yunanıstan, Cənubi Kipr Rum Administrasiyası və Fransa tərəfindən veto qoyulduğunu yazıb.
Ednews cumhuriyyet nəşrinə istinadən xəbər verir ki, Kathimerini qəzeti Ukraynanın Bayraktar şirkətinin istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) alınması planının Yunanıstan , Cənubi Kipr Rum İdarəsi və Fransa tərəfindən əngəlləndiyini iddia edib .
Brüsseldəki diplomatik mənbəyə əsaslanan xəbərə görə, Ukrayna Türkiyədən pilotsuz uçuş aparatları və artilleriya mərmiləri almağı planlaşdırırdı. Bununla belə, Kiyevin Türkiyədən almağı planlaşdırdığı İHA və artilleriya mərmilərini Avropa İttifaqından (Aİ) alacağı pulla maliyyələşdirəcəyi müəyyənləşib. Qəzet Türkiyədən Ukraynaya göndərilməsi üçün “böyük sifariş hazırlanıb” yazıb və əlavə edib ki, AB-dəki daimi nümayəndələr bir müddətdir ki, məsələ üzərində işləyirlər.
Xəyal Ramiz