Google-un Gmail-i bağlayacağı ilə bağlı iddialara cavab gəlib.
Gmail-in sosial media hesabında edilən paylaşımda deyilirdi: “Gmail burada olmağa davam edəcək”.
Ednews sozcu.com-a istinadən xəbər verir ki, Google tərəfindən Gmail istifadəçilərinə göndərildiyi iddia edilən xəbərdarlıq məktubu X sosial media platformasında sürətlə yayıldı.
Google-un avqustun 1-də Gmail-i bağlayacağını bildirən e-poçt bir gündən az müddətdə 6 milyondan çox qarşılıqlı əlaqə əldə edib.
Lakin tez bir zamanda iddianın yalan olduğu sübuta yetirildi. Skrinşot, istifadəçilərə Gmail-in Əsas HTML görünüşünün silinəcəyi barədə xəbərdarlıq edən bildirişin keçən il dərc edilmiş saxta Photoshop versiyası olduğu ortaya çıxdı.
Gmail-in X hesabından edilən paylaşımda “Gmail burada olmağa davam edəcək” ifadəsi işlədilib.
Xəyal Ramiz
Rəsmi elanlar
Şişli Hamidiye Etfal Təhsil və Araşdırma Xəstəxanası Dönər Sərmayə İşləri Müdirliyinin Anonsu
Şişli Hamidiye Etfal Təhsil və Araşdırma Xəstəxanası Dönər Sərmayə İşləri Müdirliyinin Anonsu
Birgün qəzeti