Kosovoda NATO-nun Sülh Qüvvələrində xidmət edən türk əsgəri həyatını itirib.
Ednews xəbər verir ki, bu barədə ərazidə yerləşdirilən sülhməramlı qüvvə bildirib.
Bundan başqa, bəyanatda KFOR komandiri general-mayor Özkan Ulutaşın başsağlığı məktubu da paylaşılıb.
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının təhlükəsizliyin təmin edilməsi ilə bağlı qərarına uyğun olaraq, 12 iyun 1999-cu ildə Kosovoda xidmətə başlayan KFOR-da 21 NATO üzvü və 6 qeyri-dövlət olmaqla 27 ölkədən 4500-dən çox beynəlxalq hərbi qulluqçu var.
Əkbər