Ukraynanın baş naziri Denis Şmıxal bəyan edib ki, Ukrayna Dünya Bankının proqramı çərçivəsində 1,5 milyard dollar maliyyə ayırıb.
Ednews sozcu.com-a istinadən xəbər verir ki, Ukraynanın baş naziri Denis Şmıxal bəyan edib ki, Ukrayna Dünya Bankının proqramı çərçivəsində ayrılan 1,5 milyard dollarlıq maliyyə dilimini alıb.
Şmyhal bildirib ki, Dünya Bankının yeni yardım bloku Britaniya və Yaponiya tərəfindən maliyyələşdirilir.
X platformasında verdiyi açıqlamada Şmyhal, "984 milyon dollar Yaponiyadan, 516 milyon dollar isə İngiltərədən gəldi. Maliyyələşdirmə sosial və humanitar ehtiyacları və yenidənqurma üçün büdcə xərclərini qarşılayacaq" dedi.
Ukrayna Qərb tərəfdaşlarının maliyyə yardımından asılıdır, lakin bu ilin ilk iki ayında xarici maliyyələşmə azalıb.
Martın əvvəlində Ukrayna Avropa İttifaqının maliyyələşdirmə proqramı çərçivəsində 4,9 milyard dollar yardım alıb. ABŞ-ın yardım paketi də aylardır Konqresdəki Respublikaçılar tərəfindən bloklanıb.
Xəyal Ramiz