Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk Yaxın Şərqdəki vəziyyəti narahatlıqla izlədiyini bildirib və dialoq və diplomatiyaya çağırıb.
Ednews odatv-ə istinadən xəbər verir ki, Vatikandakı Müqəddəs Pyotr meydanına baxan ofisinin pəncərəsindən ənənəvi bazar çıxışını edən Papa, " Yaxın Şərqdəki vəziyyəti narahatlıq və ağrı ilə izləməyə davam edirəm " dedi. Müharibələrə və haqq iddiası məntiqinə təslim olmamaq lazım olduğunu bildirən Papa Fransisk , "Əvəzində dialoq və diplomatiya üstünlük təşkil etsin, bu çox şey edə bilər" dedi.
"Mən hər gün Fələstində və İsraildə sülh üçün dua edirəm və ümid edirəm ki, bu iki xalq tezliklə öz əzablarına son qoyacaq", - Papa bildirib.
Həmçinin Papa Fransisk Ukrayna üçün də dua etdiyini bildirib.
Xəyal Ramiz