Rusiyada fəaliyyət göstərən “Zelyonaya Tsivilizasiya” (Yaşıl Sivilizasiya) qeyri-hökumət təşkilatı daşqınlara məruz qalan ərazilərdə Afrika taunu, hepatit və malyariya xəstəliyinin yayıla biləcəyi barədə xəbərdarlıq edib.
Ednews-un məlumatına əsasən təşkilatın direktoru Dmitri Fyodorov “Novıe İzvestiya”ya bildirib ki, daşqınlar epidemik xəstəliklərin yayılması üçün əlverişli şərait yarada bilər. Ekspert xəbərdarlıq edib ki, tualet və septik çənlərin su basması nəticəsində hepatit və dizenteriya xəstəliyinin yayılma təhlükəsi var.
Kurqan qubernatoru Vadim Şumkov daşqının pik nöqtəsinin Kurqan olduğunu və bənd sahələrinin yüksək risk altında olduğunu bildirib.
Xəyal Ramiz