Rusiya xəbərdarlıq edib ki, ABŞ-ın Ukraynaya dəstəyi Vyetnam və Əfqanıstana müdaxilələr kimi “fiasko” ilə nəticələnə bilər.
Ednews yapaybuzeka.com -a istinadən xəbər verir ki , ABŞ Konqresi Ukraynaya 60 milyard dollarlıq yardım paketi verməyə hazırlaşarkən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-ın bu müharibəyə daha dərindən qarışmasının nəticələrinə diqqət çəkib. ABŞ Konqresinin Nümayəndələr Palatası Ukrayna, İsrail və Tayvana 95 milyard dollarlıq xarici yardım xərcləri haqqında qanun layihəsini təsdiqləyib və Senatın da bunu təsdiq edəcəyi gözlənilir.
Nicat