Britaniyanın baş naziri cümə axşamı etiraf edib ki, sığınacaq axtaranları deportasiya edən Ruanda uçuşları iyulun 4-də keçiriləcək ümumi seçkidən əvvəl yerinə yetirilməyəcək.
Ednews Anadolu Agency-ə istinadən xəbər verirki, Britaniyanın baş naziri cümə axşamı etiraf edib ki, sığınacaq axtaranları deportasiya edən Ruanda uçuşları iyulun 4-də keçiriləcək ümumi seçkidən əvvəl yerinə yetirilməyəcək.
Ruanda planı artıq Böyük Britaniyaya 240 milyon funt-sterlinqə (305 milyon dollar) başa gəlib və rəsmi məlumatlara görə, ümumi dəyərin beş il ərzində ən azı 370 milyon funt-sterlinq (470 milyon dollar) olacağı gözlənilir. Miqrasiya siyasəti və xüsusən də hökumətin mübahisəli Ruanda planı 6 həftə müddətində 4 iyula kimi seçki kampaniyası zamanı hakim Mühafizəkarlar Partiyası ilə əsas müxalifət İşçi Partiyası arasında əsas məsələ olacaq.
Nahid