Məşhur rusiyalı Lyubov Uspenskaya Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın şeirləri əsasında mahnılardan ibarət musiqi albomu buraxmaq istədiyini deyib.
Ednews xəbər verir ki, bu barədə ifaçı TASS-a müsahibəsində bildirib.
“Arzu edirəm ki, Maşa mənim üçün daha çox mahnılar və düzünü desəm, albom yazsın. Mən onun mahnılarını konsertlərdə ifa etməkdən məmnuniyyət duyuram, onlar çox yaxşı qarşılanır” - deyə o, etiraf edib.
Qeyd edək ki, Zaxarova artıq müğənni üçün "Мольба" və "Сила моя со мной" kimi mahnılara şeirlər yazıb.