Avropa Komissiyasının Şengen vizalarının qiymətində son artımı bu gündən tətbiq olunmağa başlayıb. Bu gündən etibarən viza üçün müraciət edəcək şəxslər baha qiymətə viza üçün müraciət edəcəklər.
Ednews Odatv.com-a istinadən bildirir ki,Avropa Komissiyası bu yaxınlarda Avropanın 29 ölkəsinə vizasız giriş üçün yaradılmış Şengen vizasının qiymətlərini 12 faiz artırmağa qərar verib. Bu gündən etibarən vətəndaşların son aylarda tez-tez müraciət etdikləri Şengen vizasında artım müşahidə olunur.
Qeyd edək ki,bütün dünyada tətbiq olunacaq artım bu gündən etibarən qüvvədə olacaq. Buna görə keçən həftə 80 avro olan Şengen vizası bu gündən böyüklər üçün 90 avro oldu. 6-12 yaş arası uşaqlar üçün isə 40 avrodan 45 avroya yüksəlib.
Diana