Fransa prezidenti Emmanuel Makron istefa verə bilər.
Ednews - un məlumatına görə bunu Avropa Parlamentinin üzvü və hüquqşünas Gilles Lebreton Sputnikə deyib. O, hesab edir ki, koalisiya höküməti qurulmaqda uğursuz olarsa Makron istefaya gedə bilər.
“Prezident Makron çox güman ki, NFP (Fransanın Yeni Milli Xalq Cəbhə partiyası) , mərkəz partiyaları və sağçı LR [Respublikaçılar] partiyasından ibarət koalisiya hökumətinə rəhbərlik edəcək solçu bir Baş Nazir təyin edəcək. Əgər bu təşəbbüs uğur qazanmasa və ya bu koalisiya düzgün işləməsə, onun istefa verməkdən başqa yolu qalmayacaq”, - deyə Lebreton bildirib.
Xatırladaq ki, iyul ayının 7 - də keçirilən Fransa parlament seçkilərinin ikinci mərhələsində solçu Yeni Milli Xalq Cəbhə partiyası surpriz bir şəkildə qələbə qazanıb. Lakin yeni höküməti formalaşdıracaq səviyyədə üstünlük əldə edilmədiyi üçün yeni koalisiya hökümətinin qurulması nəzərdə tutulub.
Əkbər Novruz