Çin və Rusiya potensial "kənar təhdid"lərə qarşı hərbi təlimlər keçirir.
Ednews xəbər verir ki, bu barədə Çin Müdafiə nazirliyi rəsmi sosial şəbəkə hesabı üzərindən bildirib.
Nazirlik hazırkı təlimlərin iyulun ortalarına qədər davam edəcəyini və dəniz təhlükəsizliyi təhdidlərinə birgə mübarizə aparmaq, qlobal və regional sülh və sabitliyi qorumaq məqsədi daşıyacağını açıqlayıb.
Qeyd edək ki, təlimlər Çinin cənub sahillərində keçirilir.
Əkbər Novruz