"Qəzzada yaşanan hadisələrə səssiz qalmayacağam".
Ednews "The Guardian" a istinadən xəbər verir ki, bu sözləri ABŞ - ın hazırki vitse-prezidenti və yeni prezident namizədi Kamala Harris mətbuat konfrasında söyləyib.
"İsraili istər bu, istərsə də digər bütün mübarizələrində özünümüdafiə hüquqlarını tanıyır və dəstəkləyirəm. İran, Hizbullah və HƏMAS kimi təşkilatlara qarşı mübarizəsinə haqq qazandırıram. Lakin baş nazir [Netanyahu] ilə görüşümdə bildirdiyim kimi, bu mübarizədə baş verən ciddi insan itkisinə göz yummaq olmaz. Bu nöqteyi nəzərdən mən, Qəzzada baş verən hümanitar böhranın dayandırılması tərəfdarıyam və bu münaqişənin yekununa çatmayınca bu hadisələrə səssiz qalmayacağam".
O, sonda Fələstin dövlətinin yaradılmasına və Netanyahu və HƏMAS-ı atəşkəs və çoxlu sayda günahsız mülki insanın ölümünə səbəb olduğunu söylədiyi müharibəyə son qoymaq üçün girovların azad edilməsi barədə razılığa gəlməyə çağırıb.
Qeyd edək ki, xanım Harrisin bu çıxışı İsrail baş naziri Benyamin Netanyahunun ABŞ - a səfəri əsnasında baş tutub.
Əkbər Novruz