Türkiyənin Təl-Əvivdəki səfirliyindəki Türkiyə bayrağı HAMAS Siyasi Bürosunun sədri İsmail Haniyyə üçün matəm olaraq endirilib.
Ednews xəbər verir ki, İsrailin xarici işlər naziri İsrael Kac bu addımı pisləmək üçün Türkiyənin Təl-Əvivdəki səfirliyinin vəzifəsini icra edən səfirini xarici işlər nazirliyinə çağırıb.
"Əgər səfirliyin nümayəndələri matəm saxlamaq istəyirlərsə, Türkiyəyə getsinlər və terror təşkilatı HAMAS-ı dəstəkləyən və onun qətlləri və vəhşiliklərini dəstəkləyən Ərdoğanla birlikdə matəm saxlasınlar," - deyə İsrael Kac X sosial şəbəkəsində yazıb.