Müvəqqəti olaraq HƏMAS-ın siyasi bürosunun rəhbəri Məhəmməd İsmayıl Dərviş təyin olunub — Al-Arabiya.
Ednews Səudiyyə kanalının məlumatına istinadən xəbər verir ki, o, bu vəzifəni seçkilər keçirilənə qədər tutacaq.
Əvvəllər bildirilmişdi ki, təşkilatı müvəqqəti olaraq HƏMAS-ın keçmiş rəhbəri Xalid Məşəl idarə edəcək. Ərəb KİV-ləri qeyd edir ki, bu qərar ləğv edilib, çünki Qəzza zolağında HƏMAS lideri Yahya Sinvar Məşəlin geri dönməsinə qəti şəkildə qarşıdır.