Türkiyədə Instagram qadağası ilə bağlı müzakirələr davam edərkən, bir gün əvvəl telefonundan WhatsApp-ı silən Venesuela prezidenti Maduro əvvəllər Twitter kimi tanınan X sosial media platformasına girişin qadağan edilməsi barədə göstəriş verib.
Ednews sozcu.com-a istinadən xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduro İlon Maska məxsus X sosial media platformasına 10 gün müddətinə giriş qadağan edilməsi barədə göstəriş verib.
Paytaxt Karakasdakı Miraflores Dövlət Nazirliyi Sarayında tərəfdarlarına müraciət edən Maduro X-in Venesuelada nifrət və zorakılıq yaydığını müdafiə etdi.
Xəyal