“İsraillə əlaqələr normallaşacağı halda mənə sui-qəsd edilə bilər”
Ednews xəbər verir ki, bu sözləri ABŞ rəsmiləri ilə şəxsi söhbətində Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Əbdüləziz Ali-Səud deyib. O, şəxsinə qarşı sui-qəsd edilməsinin mümkünlüyündən narahatlığını bildirib.
Söhbət zamanı Məhəmməd bin Salman bildirib ki, İsraillə münasibətlərin normallaşacağı təqdirdə aqibətinin Ənvər Sadatla (Misirin keçmiş prezidenti) eyni olmasından qorxur.
Səudiyyə vəliəhdi ABŞ rəsmilərinə deyib ki, səudiyyəlilər Yaxın Şərqdəki digər insanlar kimi Fələstin məsələsinə böyük əhəmiyyət verirlər və əgər o, buna həssas yanaşmasa, mövqeyi olduqca zəifləyəcək.