Türkiyənin İzmir və Manisa regionlarında başlayan meşə yanğınları yanğınsöndürənlər tərəfindən nəzarətə alınıb.
Ednews türk mediasına istinadən xəbər verir ki, meşə yanğınlarına həm havadan, həm də yerdən müdaxilə edilir. Qeyd edək ki, ərazidə güclü küləklərin olması insanları işini daha da çətinləşdirib.
Hazırda yanğının yaşayış məskənlərinə yayılmasının qarşısı alınır.