Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriya və İraqın şimalında terrorçulara qarşı yeni əməliyyat keçirib.
Bildirilib ki, əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının hərbi, kəşfiyyat, enerji/infrastruktur obyektləri, həmçinin logistika və sursat anbarları kimi təşkilata aid bir çox strateji nöqtələr vurulub.
MİT əməliyyatların davam edəcəyini bildirib.
Bu, dünən Ankarada hərbi təyyarə və kosmik vasitələrin istehsalçısı olan TUSAŞ korporasiyasının binası yaxınlığında baş vermiş terror aktına cavabdır.
EDnews