Cənubi Koreya prezidenti Yun Sok Yol ölkə ərazisində fövqəladə vəziyyət elan edib.
EDnews “Associated Press“ə istinadən xəbər verir ki, bu barədə Prezident Yun Sok Yol xalqa müraciətində bildirib.
O, ölkə müxalifətini parlamentə nəzarəti ələ keçirməkdə, hökumətin fəaliyyətini və ümumilikdə dövlət idarəçiliyini iflic etməkdə, o cümlədən Şimali Koreyaya açıq-aşkar rəğbət bəsləməkdə günahlandırıb.
Cənubi Koreya lideri bu qərarı həm də Konstitusiya quruluşunun müdafiəsi üçün zəruri addım adlandırıb.