Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü başlayıb.
“EDnews” un məlumatına görə, bu barədə Ukrayna KİV-i məlumat yayıb.
ABŞ tərəfini danışıqlarda dövlət katibi Marko Rubio, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts təmsil edir.
Ukrayna nümayəndə heyətinə xarici işlər naziri Andrey Sibiqa, Prezident Ofisinin rəhbəri Andrey Yermak və müdafiə naziri Rüstəm Umerov daxildir.
Tərəflər ABŞ-nin yardımının bərpası, eləcə də Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsi ilə bağlı məsələləri müzakirə edəcəklər.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski də Səudiyyə Ərəbistanında işgüzar səfərdədir. Lakin o, danışıqlarda iştirak etməyəcək.