Yəmənin "Ənsar Allah" hərəkatının husiləri Qırmızı dənizdə ABŞ hərbi gəmilərinə və "USS Harry Truman" aviadaşıyıcısına zərbələr endiriblər.
EDnews xəbər verir ki, bu barədə "Al Masirah" televiziya kanalı xəbər verib.
"Raket qoşunları, hərbi hava qüvvələri və hərbi dəniz qüvvələri Qırmızı dənizdə düşmən hərbi gəmilərinə zərbələr endiriblər", - deyə məlumatda bildirilir.
Dünən məlumat verilmişdi ki, husilər Təl-Əvivdəki Ben-Qurion hava limanına raket zərbəsi endiriblər.
Fatimə Şükürova // EDnews