Ağ evin NASA üçün təqdim etdiyi büdcə təklifi elm proqramlarına maliyyənin kəskin şəkildə azaldılmasını nəzərdə tutur.

“EDnews” xəbər verir ki , bu barədə “SpaceNews” nəşri məlumat yayıb.
Təklifə əsasən, NASA-nın ümumi xərcləri 20 faiz (25 milyard dollardan 20 milyard dollaradək), elmə ayrılan maliyyəsi isə potensial olaraq 50 faiz azaldılacaq. Ən böyük zərər astrofizika (60 faizdən çox), heliofizika (50 faiz), Yer elmləri (50 faiz) və planetologiya (30 faiz) sahələrinə dəyəcək.
“ArsTechnica” nəşrinin məlumatına görə, ABŞ Konqresi Prezident Donald Tramp administrasiyasının NASA-nın elmi proqramlarının maliyyəsinin azaldılmasını nəzərdə tutan təşəbbüslərinə qarşı çıxacaq.

Fatimə Mərdanlı // EDnews