İsrailin Baş naziri Benyamin Netanyahu hazırda videomüraciətlə xalqa səslənir.
EDnews xəbər verir ki, bu, ABŞ və İran arasında anlaşma memorandumunun imzalanmasının elan edilməsindən sonra Netanyahunun ilk ictimai çıxışıdır.
20:50
Netanyahu ABŞ-İran sazişindən sonra ilk bəyanatını verəcək.
EDnews xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu bu gün yerli vaxtla saat 22:00-da videomüraciətlə çıxış edəcək.
Bu, ABŞ və İran arasında anlaşma memorandumunun imzalanmasının elan edilməsindən sonra Netanyahunun ilk ictimai bəyanatı olacaq.
Netanyahu və əksər israilli rəsmilər formalaşmaqda olan razılaşmadan narazıdırlar. Lakin onun ABŞ Prezidenti Donald Trampla bu məsələ ilə bağlı açıq qarşıdurmaya getməsi gözlənilmir.







