Ermənistanda sabiq prezident Robert Koçaryanla bağlı proses yeni mərhələyə keçir.
EDnews xəbər verir ki, Ermənistan Mərkəzi Seçki Komissiyası iyunun 17-də saat 15:00-da Baş Prokurorluğun Robert Koçaryanın deputat toxunulmazlığından məhrum edilməsi və onun barəsində cinayət təqibinin başlanmasına razılıq verilməsi ilə bağlı təqdimatına baxacaq.
MSK eyni iclasda deputatlığa namizədlər Asatur Koçaryan və Ruslan Barseqyan barəsində təqdimatları da müzakirə edəcək. Sənəddə onların da toxunulmazlığının ləğvi və cinayət təqibinə razılıq verilməsi məsələsi yer alıb.








