ABŞ Prezidenti Donald Tramp Fransanın Versal sarayında ABŞ-nin müstəqilliyinin 250 illiyi münasibətilə təşkil olunacaq şam yeməyinə dəvət alıb.
EDnews xəbər verir ki, bu barədə "Le Figaro" məlumat yayıb.
Məlumata əsasən, bu Tramp dəvətdən məmnun qalıb.
ABŞ lideri Versal haqqında danışarkən qeyd edib ki, bu saray “sadəcə qızıl suyuna çəkilmiş məkan deyil, daha möhtəşəm və ciddi bir yerdir”.
Bununla yanaşı, Tramp bildirib ki, şam yeməyi səbəbindən Fransanı gecə saatlarında tərk etməli olacaq. Habelə o, “onsuz da çox yatmadığını” da vurğulayıb.
Qeyd edək ki, Versal sarayı Fransa-Amerika münasibətləri baxımından rəmzi əhəmiyyət daşıyır. Bundan əvvəl "Bloomberg" yazmışdı ki, Avropa ölkələrinin liderləri qarşıdan gələn G7 sammiti zamanı Ukrayna ilə bağlı danışıqlara başlamaq planlarına Trampın dəstəyini almağa ümid edirlər. Danışıqlarda Moskva, Kiyev, Brüssel və Vaşinqton nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Aytac Kərimova | EDnews







