İran ABŞ ilə anlaşma memorandumunu imzaladıqdan dərhal sonra öz neftini satmağa başlaya bilər.
EDnews xəbər verir ki, bu barədə “Wall Street Journal” qəzeti mənbələrə istinadla yazıb.
“ABŞ İrana müharibəni bitirmək üçün sövdələşmənin bir hissəsi kimi dərhal neft və yanacaq satışına başlamağa icazə verəcək, bununla da Tehrana münaqişəni mümkün qədər tez bitirmək üçün maliyyə stimulu verəcək”, - nəşr yazır.
Qeyd olunur ki, İran neft məhsullarının satışını məhdudlaşdıran sanksiyaların dayandırılması bu həftə memorandumun imzalanmasından dərhal sonra qüvvəyə minəcək və həmçinin malların çatdırılması üçün zəruri olan xidmətləri, o cümlədən nəqliyyat, sığorta və bank xidmətlərini əhatə edəcək.
İran və ABŞ iyunun 15-nə keçən gecə İsveçrədə iyunun 19-da imzalanması planlaşdırılan memorandum üzərində işləri başa çatdırdıqlarını təsdiqləyiblər.







