Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvadakı təmasları çərçivəsində Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə bir araya gəlib.
EDnews xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş Rusiyanın paytaxtı Moskvada keçirilib. Tərəflərin müzakirə etdiyi məsələlər barədə ətraflı məlumat açıqlanmayıb.
Türkiyə mediasının məlumatına görə, görüşdə ikitərəfli münasibətlər, regional təhlükəsizlik məsələləri və beynəlxalq gündəmdəki aktual proseslərin müzakirə olunduğu ehtimal edilir.
Qeyd edək ki, Hakan Fidanın Moskva səfəri Türkiyə ilə Rusiya arasında diplomatik təmasların davam etdiyi bir dövrə təsadüf edir.









.jpg)
