ABŞ Prezidenti Donald Trampın İtaliyanın Baş naziri Corcia Meloni haqqında açıqlaması gündəm yaradıb.
EDnews xəbər verir ki, Tramp İtaliyanın “La7” telekanalına müsahibəsində Meloni ilə bağlı diqqətçəkən ifadələr işlədib.
“O, mənimlə şəkil çəkdirmək üçün yalvarırdı. Mənimlə foto çəkdirməyi o qədər çox istəyirdi ki... Mən bunu etməzdim, amma ona yazığım gəldi”, - deyə Tramp bildirib.
Bu açıqlamadan sonra İtaliyanın xarici işlər naziri Antonio Tajani 21-22 iyun tarixlərində ABŞ-yə planlaşdırılan səfərini ləğv edib.
Hadisə ABŞ-İtaliya münasibətləri fonunda siyasi müzakirələrə səbəb olub.







