”Bakıda aparılan müzakirələr yeni investisiya imkanları açır” - MİLLƏT VƏKİLİ

”Bakıda aparılan müzakirələr yeni investisiya imkanları açır” - <span class="text-danger">MİLLƏT VƏKİLİ</span>

"Dünyanın müxtəlif ölkələrindən dövlət rəsmilərini, beynəlxalq maliyyə institutlarının rəhbərlərini, iş adamlarını və ekspertləri bir araya gətirən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantıları Azərbaycanın beynəlxalq nüfuzunun və İslam dünyası ilə əməkdaşlığının növbəti göstəricisidir".

Bu fikirləri millət vəkili Nigar Məmmədova EDnews-a danışarkən qeyd edib.

"Ölkəmizin İslam dünyası ilə iqtisadi əlaqələrinin genişlənməsi, xarici investisiyaların cəlb edilməsi və maliyyə bazarlarının şaxələndirilməsi baxımından bu sahənin potensialı böyükdür. Ələlxüsus da, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi, infrastruktur layihələrinin dəstəklənməsi və sosialyönümlü investisiyaların artırılması istiqamətində İslam maliyyə alətlərindən səmərəli istifadə oluna bilər. Bakıda aparılan müzakirələrdə də əsas diqqət dayanıqlı inkişaf, regional inteqrasiya, maliyyə əməkdaşlığı, nəqliyyat və enerji bağlantılarının gücləndirilməsi, həmçinin üzv ölkələr arasında investisiya imkanlarının genişləndirilməsi məsələlərinə yönəldildi: Forum iştirakçıları, Azərbaycanın bu toplantıya ev sahibliyini beynəlxalq etimadın göstəricisi kimi qiymətləndirdilər. Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev ölkəmizin İslam İnkişaf Bankı ilə uzun illərə söykənən tərəfdaşlıq münasibətlərindən, Azərbaycanın iqtisadi nailiyyətlərindən və gələcək inkişaf prioritetlərindən bəhs etdi. Dövlət başçımızın da bəyan etdiyi kimi, Azərbaycan ikinci dəfədir İİB-nin İllik Toplantılarına ev sahibliyi edir və bu, ölkəmizlə Bank arasında mövcud olan etibarlı və strateji əməkdaşlığın göstəricisidir. Cənab Prezident çıxışında Azərbaycanın son onilliklər ərzində keçdiyi inkişaf yolunu diqqətə çatdıraraq bildirdi ki, müstəqilliyin ilk illərində müharibə, işğal və humanitar fəlakətlə üzləşən ölkəmiz bu gün siyasi, iqtisadi və sosial sabitliyin hökm sürdüyü, regionun aparıcı dövlətlərindən birinə çevrilib. Milli maraqlara əsaslanan müstəqil xarici siyasət Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirib, ölkəmizə geniş dəstək qazandırıb".

Deputatın sözlərinə görə, sözügedən tədbir zamanı Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rol da xüsusi vurğulandı:

"Bir daha bəyan olundu ki, hazırda Azərbaycan təbii qazı 16 ölkəyə ixrac edir və bu coğrafiya ildən-ilə genişlənir. Ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdırılan beynəlxalq enerji layihələri Avrasiyanın enerji xəritəsini dəyişdirən mühüm təşəbbüslər kimi qiymətləndirilir.
Dövlət başçımız Azərbaycanın nəqliyyat-logistika sahəsində əldə etdiyi nailiyyətlərə də toxunaraq vurğuladı ki, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri ölkəmizi mühüm tranzit mərkəzinə çevirib. Qarşıdakı illərdə Azərbaycan ərazisindən daşınan yüklərin həcminin iki dəfə artırılması əsas hədəflərdən biri kimi müəyyənləşdirilib".

Deputat vurğulayıb ki, Prezident İlham Əliyev iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən işlərin uğurlu nəticələr verdiyini də diqqətə çatdırdı:

"Cənab Prezident bu platformadan da Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyinin bərpa olunmasından sonra yaranmış reallıqları dünyaya bəyan etdi. Ermənistanın uzun illər davam edən işğal siyasətinə, Azərbaycan torpaqlarında törədilən dağıntılara və beynəlxalq ictimaiyyətin selektiv yanaşmalarına diqqət çəkildi. Dövlət başçısı vurğuladı ki, Azərbaycan 2020-ci ildə Vətən müharibəsində və 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatı nəticəsində öz suverenliyini tam təmin edib və bundan sonra regionda sülh təşəbbüsü ilə çıxış edən tərəf məhz Azərbaycan olub.
Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri dünyada ən uğurlu şəhərsalma nümunəsi kimi qəbul olunur. Bu xüsusda cənab Prezident  bildirdi ki, artıq həmin ərazilərdə 90 minə yaxın insan yaşayır, çalışır və təhsil alır. Azad edilmiş ərazilərin yenidən qurulmasına bu günədək 17 milyard dollara yaxın investisiya yönəldilib və proses sürətlə davam edir".

Nigar Məmmədova bildirib ki, Azərbaycanın gələcək hədəflərinə gəlincə, ərzaq təhlükəsizliyi, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi və bərpaolunan enerji sektorunun inkişafı əsas prioritetlər sırasındadır:

"Təsadüfi deyil ki, 2032-ci ilədək Azərbaycan beynəlxalq tərəfdaşlarla imzalanmış müqavilələr əsasında 8 giqavat həcmində günəş və külək enerjisi istehsal gücü əldə edəcək. Bu isə ölkəmizin yaşıl enerji ixracatçısına çevrilməsi üçün zəmin yaradır. İslam İnkişaf Bankı Qrupunun Bakıda keçirilən İllik Toplantıları bir daha göstərdi ki, Azərbaycan İslam dünyasının mühüm iqtisadi, maliyyə və siyasi əməkdaşlıq platformalarından birinə çevrilib. Bu mötəbər tədbir ölkəmizin beynəlxalq nüfuzunun, etibarlı tərəfdaş imicinin və davamlı inkişaf strategiyasının təsdiqidir. Azərbaycan üçün də İslam bankçılığının inkişafı yeni imkanlar yaradır. Beləliklə, Bakı bu dəfə qlobal səviyyəli iqtisadi dialoqun ünvanı kimi regional inteqrasiya, dayanıqlı inkişaf və qarşılıqlı faydalı əməkdaşlıq ideyalarının təşviqinə töhfə verdi".

Aytac Kərimova | EDnews 

Xəbər xətti

Balakən Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilib
18:20
DİQQƏT! Bu ixtisasları seçənlər İŞSİZ QALACAQLAR
18:00
Erməni mediası Misir Mərdanovdan yazdı: "Həyətdən iki ovuc torpaq götürüb..."
17:55
İsrail və "Hizbullah" arasında atəşkəs elan olundu
17:49
Ceyhun Bayramov Almaniya səfirini qəbul edib
17:33
"Zəncir vurmaq, qan çıxarmaq İslam dini deyil" - İlahiyyatçı
17:30
Putin-Fidan görüşündən sonra Kreml Türkiyənin rolundan danışdı
17:08
İran DÇ-2026 ilə bağlı FIFA-ya şikayət edəcək
16:45
”Bakıda aparılan müzakirələr yeni investisiya imkanları açır” - MİLLƏT VƏKİLİ
16:30
İsrail Livanın cənubundakı mövqelərini qorumaqda israrlıdır
16:26
Azərbaycan və Keniya enerji əməkdaşlığını müzakirə etdi
16:18
TƏCİLİ! Putin Təhlükəsizlik Şurasını topladı
16:13
Tramp yenə "söz atdı"
16:08
Obama diplomatiyası, Tramp təzyiqi: İran razılaşmaları nəyi dəyişdi?
15:55
Məhərrəm ayına görə danışıqlar olmayacaq
15:41
Azərbaycan vətəndaşları 22 ölkəyə vizasız gedib-gələ biləcəklər
15:32
İsraildən ŞOK TƏHDİD: "Min livanlı ana göz yaşı tökməlidir”
15:00
ABŞ ordusunda QRİP YAYILIB
14:45
Paşinyan ölkədən qaçmaq istəyən Köçəryana səsləndi: "DEMİŞDİM Kİ, SƏNİ SINDIRACAĞAM..."
14:28
Elektron siqaretlərlə bağlı FƏRMAN
14:25
Tramp İsrail seçimlərində kimi dəstəkləyəcəyini açıqladı
14:02
Bu şəxslərə 3 QAT MÜAVİNƏT ÖDƏNİLƏCƏK
14:00
Xankəndi və Ağdərəyə növbəti köç: Açarlar təqdim edilib- YENİLƏNİB-2
13:50
Müəllim və şagird geyimləri ilə bağlı YENİLİK
13:30
Tiktoker “Arzum 999” BU HALDA HƏBS OLUNA BİLƏR - VƏKİL
13:25
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edildi
13:20
Obama və Trampın fərqi - 1,7 milyarddan 25 milyarda
13:12
Azərbaycanda yumurtanın qiyməti UCUZLAŞDI
13:07
Prezident Əziz Əliyevlə bağlı HEYKƏLDƏN DANIŞDI
13:04
Temperatur daha da yüksələcək - SABAHIN HAVASI
12:57
ABŞ-nin Bakıdakı Səfirliyi bu gün bağlı olacaq
12:50
Hoteldə xlor sızması: 25 nəfər xəstəxanaya yerləşdirildi
12:46
Prezident Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib - FOTO
12:26
Hərbçilərə ŞAD XƏBƏR - MAAŞ ARTACAQ
12:20
Mikayıl Cabbarov Misirin planlaşdırma və iqtisadi inkişaf naziri ilə görüşüb
12:16
Zaqatalada həmkəndlilər arasında mübahisə: ÖLƏN VAR
12:12
Güney Azərbaycandan XƏBƏR VAR: 9 min nəfər...
12:05
Azərbaycan və Ekvador arasında VİZASIZ rejimə keçilir
11:59
Sənədsiz ev sahiblərinə ŞAD XƏBƏR
11:58
Kiyev Braziliyanı da Rusiya ilə danışıqlara cəlb edir
11:56
Flora Kərimova ilə bağlı SON DƏQİQƏ! SİSTEMLƏR DAYANDIRILDI
11:46
Milli Məclis büdcə icrasını qəbul etdi
11:40
Gömrük güzəştləri genişləndirilir
11:39
Məşhur aktyor və həyat yoldaşı YANARAQ HƏLAK OLDU
11:35
Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
11:33
Milli Məclisin növbəti iclası başlayıb
11:26
ABŞ-İran danışıqları TƏXİRƏ SALINDI
11:24
Azərbaycan beynəlxalq əməkdaşlıq, dialoq və inkişaf platforması kimi etimad qazanıb - ŞƏRH
11:20
Albaniyaya birbaşa aviareys açılır? - AÇIQLANDI
11:15
Pensiyaçılara ŞAD XƏBƏR
11:09
SON DƏQİQƏ! DİN əməliyyat keçirdi, SAXLANILANLAR VAR
11:05
Azərbaycanlı gənc faciəvi şəkildə öldü
11:00
Rezidenturaya qəbul imtahanı keçiriləcək
10:55
Dünya bazarlarında neft yenidən ucuzlaşdı
09:40
Vens İsveçrəyə səfərini buna görə təxirə saldı
09:07
DÇ: Meksika Cənubi Koreyanı məğlub edib
08:04
Peruda sərnişin avtobusu aşıb: 11 nəfər ölüb, 20 nəfər yaralanıb
07:48
Robin Hudun sığındığı 1000 yaşlı tarixi AĞAC QURUDU
07:32
ABŞ prezidentləri bir arada- TƏKCƏ ONU DƏVƏT ETMƏDİLƏR-FOTOLAR
07:10
“iPhone 18 Pro”nun qiyməti açıqlandı
06:40
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR