Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi İsveçrədə keçirilən İran-ABŞ danışıqlarında iştirak etmir.
EDnews bunu "Fars" xəbər agentliyi mənbəyə istinadən bildirib.
Vurğulanıb ki, nüvə proqramı bu danışıqlar raundunun gündəliyində deyil və Qrossi hadisə yerində yoxdur.
Mənbə qeyd edib ki, nüvə danışıqları ABŞ ilə imzalanmış memorandumun müddəaları tətbiq olunmazdan əvvəl başlamalıdır.
Qeyd edək ki, Qrossi bundan əvvəl İran və ABŞ arasında danışıqların aparıldığı Bürgenştoka gəldiyini və İsveçrənin xarici işlər naziri İqnazio Kassi ilə görüşəcəyini açıqlamışdı.







