ABŞ Prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rutte ilə görüşündə Türkiyə və bu ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı bir sıra açıqlamalar verib.
EDnews-un "Haber Global"a istinadən xəbərinə görə, ABŞ rəhbəri Türkiyə lideri ilə şəxsi münasibətlərinin yüksək səviyyədə olmasından danışıb.
"Ərdoğan mənim dostumdur. O, çox güclü insandır", - Tramp deyib. ABŞ lideri əlavə edib ki, Ərdoğana hörmət əlaməti olaraq NATO-nun Ankarada keçiriləcək zirvə toplantısında iştirak edəcək: "NATO-nun Ankarada keçiriləcək zirvə toplantısını buraxa bilərdim. Ərdoğana hörmət əlaməti olaraq ora gedirəm".
Tramp Türkiyəyə F-35 qırıcı təyyarələrin satışı ilə bağlı suala "Türkiyəni məmnun edəcək bir şey edəcəyəm", - cavabını verib.
ABŞ lideri Türkiyənin regional və qlobal əhəmiyyətini vurğulayıb: "İnsanlar Türkiyənin nə qədər böyük olmasının fərqində deyillər. Türkiyədən bəhs edildikdə ağlıma ilk olaraq Ərdoğan gəlir".
Qeyd edək ki, Ankarada NATO-nun sammiti 7-8 iyulda keçiriləcək.








