ABŞ-də yaşayan azərbaycanəsilli Naimi Əmiral Amerika Birləşmiş Ştatlarının Pakistandakı hərbi attaşesi vəzifəsinə təyin edilib.
EDnews xəbər verir ki, Naimi Əmiral Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub.
Məlumata görə, o, yeni təyinata qədər ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci donanmasının xarici əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb.
Qeyd edək ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci donanması Yaxın Şərq regionunda mühüm strateji funksiyalar yerinə yetirir və bu qurumda rəhbər vəzifə daşımaq yüksək peşəkarlığın göstəricisi hesab olunur.







