İran və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri arasında telefon danışığı baş tutub.
EDnews xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi ilə Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud arasında keçirilən telefon danışığında Tehran-Vaşinqton danışıqları, eləcə də regional və beynəlxalq gündəmdəki son hadisələr müzakirə olunub.
Tərəflər Yaxın Şərqdə təhlükəsizlik və sabitliyin qorunmasının vacibliyini vurğulayaraq, bölgədə baş verən proseslər ətrafında fikir mübadiləsi aparıblar.
Nazirlər həmçinin regional əməkdaşlığın gücləndirilməsi və gərginliyin azaldılması istiqamətində səylərin davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər.







