Jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov söylədiyi sözlərə görə, sentyabrın 25-də BMT Təhlükəsizlik Şurasının iclası Suriya ordusunun ABŞ tərəfindən bombardman edilməsi məsələsindən diqqəti yayındırmaq üçün çağırılıb.
ABŞ rəhbərliyi altında olan Qərb koalisiyası özünün Suriya öhdəliklərini yerinə yetirə bilmir.
Qeyd edək ki, ABŞ ordusu bir müddət öncə Suriya ordusunu bombardman edib. Nəticədə 62 nəfər həlak olub, 100-dən çox hərbçi yaralanıb.