Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammiti üçün Ankaraya gələn ABŞ Prezidenti Donald Trampı təyyarəsinin yanında qarşılayıb.
EDnews türk mediasına istinadən xəbər verir ki, iki liderin salamlaşmasından sonra aralarında səmimi söhbət baş tutub və həmin anlar kameralara əks olunub.
Söhbət zamanı Tramp arxa planda görünən təyyarəsini göstərərək, "Bu təyyarənin ilk uçuşudur, ilk dəfədir uçur” deyib və onun tamamilə yeni olduğunu vurğulayıb.
Ərdoğan buna cavab olaraq "Bəli, bəli, bilirəm. Eşitmişəm" deyib.
Bu zaman tərcüməçi Ərdoğana təyyarənin hədiyyə olduğunu xatırladıb. Ərdoğan isə "Qətərdən gəlib" deyə əlavə edib.
Məlumat Trampa ingilis dilində çatdırıldıqdan sonra, o, təyyarənin dəyərinə də toxunaraq "Bəli, bəli... 800 milyon dollardır. Tamamilə yenidir" deyə bildirib.







