Rusiya hava hücumundan müdafiə qüvvələri iyulun 11-nə keçən gecə təyyarə tipli 178 Ukrayna pilotsuz uçuş aparatını ələ keçirərək məhv edib.
EDnews xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, PUA-lar iyulun 10-u saat 20:00-dan iyulun 11-i saat 08:00-dək olan müddətdə vurulub.
Nazirliyin məlumatına görə, pilotsuz uçuş aparatları Kaluqa, Bryansk, Rostov, Smolensk və Tver vilayətləri, eləcə də Moskva regionu, Krasnodar diyarı, Krım və Adıgey üzərində məhv edilib.
Bundan başqa, Rusiya hava hücumundan müdafiə vasitələri Azov və Qara dənizlərin akvatoriyası üzərində də bir sıra PUA-ları vurub.
Qeyd edək ki, daha əvvəl Rusiya Müdafiə Nazirliyi iyulun 10-da saat 08:00-dan 20:00-dək ölkənin müxtəlif regionları və Qara dəniz üzərində daha 144 təyyarə tipli PUA-nın məhv edildiyini açıqlayıb.
Aytac Kərimova | EDnews








